image-rt-reklam
image-1backend

BŞTİ tərəfindən 10 müsabiqə və olimpiada keçirilib

image-728x90

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən paytaxtın təhsil müəssisələri arasında 10 müsabiqə və olimpiada təşkil edilib.

Paytaxt məktəbləri arasında keçirilən III Bakı Elm Olimpiadası, “Yaradıcı müəllim: yaradıcı tətbiqetmə” mövzusunda təqdimat müsabiqəsi, “Gənc hüquq müdafiəçiləri”, “Düşünən şagird”, “Sağlam təhsil mühiti – kreativ yanaşmalar”, “Məktəb virtual məkanda” müsabiqələri, “Şahin” hərbi-idman oyunu, “Böyük qayıdışın başlanğıcı” adlı hərbi bilik yarışı, “Gənc xilasedici və yanğınsöndürən” XI Ümumrespublika yarışı, “Fövqəladə hallar uşaqların gözü ilə” XlI respublika uşaq yaradıcılıq müsabiqələrinin əsas məqsədi şagirdlərin bilik səviyyəsinin yüksəldilməsi, dünyagörüşünün inkişaf etdirilməsi, həmçinin onlarda sağlam rəqabət hissinin formalaşdırılmasından ibarətdir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri, eyni zamanda Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi, “Məktəblilərin respublika çempionatı”, İqtisadiyyat müsabiqəsi, “Sabahın alimləri”, “Ən yaxşı təqdimat”, Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalı, “Qərbi Azərbaycana qayıdış”, Lütfi Zadə adına Məntiq Olimpiadası, “Bilbacar” müsabiqəsi fənn müsabiqələri və fənn olimpiadalarında iştirak edərək qaliblər sırasında yer alıblar.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90