image-2000x150
image-444444backend

“Brussel görüşü diplomatiyamızın böyük uğuru idi” -Arzuman Muradlı

image-728x90

“Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş bir daha rəsmi Bakının iradəsini ortaya qoydu.” –Ulusal.az xəbər verir ki, bu fikirləri Politoloq Arzuman Muradlı səsləndirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa

Politoloq qeyd edib ki, Ermənistan Brüsseldə bu formatda görüşün keçirilməsinin əleyhinə çıxış etsə də, sonda Paşinyan yenə də bu formatda iştiraka öz razılıq verməyə məcbur oldu.

“Paşinyan israrlı şəkildə bu formatda iştirak etməyəcəyini desə də Brüsselə gəlməli oldu.Göründüyü kimi, Fransa rəsmiləri görüşdə iştirak etmir. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını sübut edən danılmaz faktdır.Görüş Brüssel formatının bərpa olunduğunu göstərir. Xatırladaq ki, Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Belə ki, Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyir, hər iki ölkə buna çalışırdı. Amma Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində görüş Brüssel formatında görüş keçirilir.Ümumiyyətlə Brüssel formatında Azərbaycan özünü üçtərəfli formatda keçirilən görüşlərdə tam rahat hiss edir və hər hansı qərəzli münasibət görmür. Bütövlükdə Aİ ilə Azərbaycan arasındakı münasibətlər normal xarakter daşıyır, amma Fransanın müdaxiləsi prosesə tamamilə başqa məzmun verib. Nəzərə almaq lazımdır ki, son dövrlərdə Aİ-nin öz daxilində Fransanın nüfuzu çox aşağı düşüb. Bu, Emmanuel Makronun Fransada həyata keçirmək istədiyi islahatlar, xalqın buna dirənişi, eyni zamanda Fransanın özünün Afrikada və dünyanın müxtəlif ölkələrində həyata keçirdiyi uğursuz siyasətin bilavasitə nəticəsidir.” -deyə Arzuman Muradlı bildirib.

Politoloq əlavə edib ki,bütövlükdə Brüssel formatı bərpa olunub.

“Bu görüş də bilavasitə onun nümunəsidir və üçtərəfli xarakter daşıyır: Aİ-Azərbaycan-Ermənistan. Burada söhbət vasitəçilikdən getmir. Sadəcə, Şarl Mişel prosesdə dəstəkləyici rolda və funksiyada çıxış edir. Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edir. Bu görüşdə humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi, itkin düşmüş şəxslər problemi də aktual xarakter daşıyır. Brussel görüşü diplomatiyamızın böyük uğuru idi”- deyə Arzuman Muradlı əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90