Abşeronda kütləvi xaraker alan qanunsuz tikinti halları narazılıq doğursa da, bu, rəsmilər üçün əhəmiyyət daşımır.
Ulusal.az xəbər verir ki, son bir neçə ildən etibarən, Abşeronun demək olar bütün qəsəbələrində qanunsuz tkintilər genişlənib.
Belə bir qanunsuz tikinti haqda tanınmış jurnalist Zülfiyyə Quliyeva sosial mediada məlumat verib.
Ulusal.az-ın məlumatına görə, o, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti”nin mətbuat katibi Ceyhun Musaoğlunun paylaşımına belə yazıb: “Masazırda M.P.Vaqif küçəsində bu günlərdə böyük su borusunun üstündə iki ev tikdilər. Heç bir qurum buna müdaxilə etmədi. O boru partlasa, gərək evin “fundamenti”ni dağıdıb, borunu təmir etsinlər. İcralar pulu alıb, gözlərini yumurlar…”.
Xatırladaq ki, Abşeronun icra başçısı Abdin Fərzəliyevdir.