“Türk dövlətlərinin arasında ziddiyətlərin olmaması bu ölkələrin qlobal siyasət məkanına çıxişını sürətləndirdi. Türk dövlətləri bir soydan gəldikləri üçün onlar elə tarixən də bir olublar. Türk dövlətləri içərisində öz yeri var. Çünki Türkiyə dünyanın ən böyük dövlətlərindən biridir”- bu fikirləri Real Televiziyasının efirində millət vəkili Cavanşir Feyziyev bildirib.
Millət vəkili qeyd edib ki, SSRİ tərkibində olan türkdilli ölkələrin müstəqil olmasından sonra Türkiyənin təşəbbüsü ilə türk dövlətlərinin birliyi yarandı.
“Bu gün Türkdilli ölkələrin təşkilatı artıq dünyada da qəbul edilən təşkilatlardan biridir. Bu təşkilatın işinin canlanmasında Qarabağ münaqişəsinin həll edilməsi mühüm rol oynadı. “-deyə Cavanşir Feyziyev bildirib.