image-2000x150
image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoabackend

“Böyük Britaniyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır” -Arzuman Muradlı

image-728x90

“Böyük Britaniya Azərbaycanın siyasi tərəfdaşıdır. Bu mənada Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçertinin İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən narahat olmağa dəyməz.” –Ulusal.az-a açıqlamasında bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Böyük Britaniyanın Cənubi Qafqazda əsas strateji tərəfdaşı Azərbaycandır, təkcə BP şirkətinin məmləkətimizdəki böyük layihələrinə ortaq olmasını və qazandığı milyardları xatirlatmaq kifayətdir.

” London İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı narahat edə biləcək heç bir bəyanat yaymadı. Böyük Britaniyalı diplomat Nikol Paşinyanla strateji dialoqun başlanması, müxtəlif istiqamətlərdə əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını deyib. Əgər Ermənistanın Rusiyadan uzaqlaşmasında Böyük Britaniyanın da payı olacaqsa, bunun özü həm bölgə, həm də Azərbaycan üçün faydalıdır.” -deyə Arzuman Muradlı bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90