Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi Rusiyanı “sakitləşdirmək” üçün Ukraynanın NATO-ya daxil olmasının qaçılmaz olduğunu bəyan edib.
Ulusal.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb. Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Qərb Kiyevi dəstəkləməyə davam etməlidir ki, Rusiya bu münaqişədə “uğursuzluğa düçar olsun” və “dünya təhlükəsiz olsun”.
“Biz Ukraynanın NATO-ya doğru dönməz yolunu dəstəkləyəcəyik. Dözümlü xalqı ilə Ukrayna Avropanın təhlükəsizlik arxitekturasının bir hissəsi kimi layiqli yerə malikdir”, – Lammi deyib.