image-rt-reklam
image-1backend

Böyrək xərçənginin əlamətləri hansıdır? – Alimlər açıqladı  

image-728x90

Ulusal.az  xəbər verir ki, sidikdə qan olması, yan və arxada küt ağrılar insanın böyrək xərçəngi olduğunu göstərə bilər. Nəşrin yazdığına görə, xüsusilə əlli yaşdan aşağı olanlarda böyrək xərçənginə tutulma halları durmadan artır. Üstəlik, əksər xəstələr mümkün simptomlardan kifayət qədər xəbərdar deyillər. 1970-ci illərdə Böyük Britaniyada aparılan bəzi araşdırmalara görə, bu xəstəlikdən ölüm nisbəti 73 faiz təşkil edir.

Mütəxəssislər yan və bud nahiyəsində, onurğaya doğru davamlı və küt ağrıların olmasını ilkin əlamətlərdən biri hesab edirlər. Başqa bir simptom sidiyin rəngində dəyişiklik ola bilər. Qan qarışığına görə müəyyən bir çəhrayı və ya qəhvəyi rəng ala bilər. Bu dəyişiklik hətta bir çox hallarda diqqətdən kənarda qala bilər, lakin fərq edilən kimi insan həkimə müraciət etməlidir. Mütəxəssislər qeyd edirlər ki, heç bir səbəb olmadan gözlənilmədən arıqlamaq da “xəbərdarlıq” əlaməti ola bilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90