Dortmund “Borussiya”sı Mateuş Koxalskini transfer etmək istəyində israrlıdır. Almanlar polşalı qolkiperi “Qarabağ”dan qoparmaq üçün müxtəlif variantlara əl atır.
Ulusal.az xəbər verir ki, Bundesliqa klubu “Qarabağ”a qış fasiləsində rəsmi təklif göndərmək niyyətindədir. Amma dortmundluların alternativ variantı da var. Onlar Koxalskinn əvəzinə başqa bir futbolçunu qarşı tərəfə göndərmək istəyir. Belə ki, “Borussiya”nın əsas heyətində yerini itirən Emre Can Ağdam klubuna təklif olunub.
“Qarabağ” bu təkliflə razılaşmayıb. (Futbolinfo)























