Türkiyənin hərbi gəmi istehsalında uğur qazanması və bu gəmilərin müxtəlif ölkələrə ixracı Yunanıstanda narahatlıq yaradıb.
Ulusal.az xəbər verir ki, Türkiyənin Pakistan və Ukrayna kimi bir çox ölkəyə döyüş gəmiləri ixracı yunan mətbuatında geniş yer alıb.
Yunanıstan mediası Türkiyənin 60 min ton yerdəyişmə qabiliyyətinə malik yeni təyyarə gəmisinin inşasının planlar arasında olduğunu vurğulayıb. Türkiyənin dənizdəki hərbi gücünü artırmasının bölgədəki tarazlıqları dəyişə biləcəyi də qeyd edilib.
Bildirilib ki, bu vəziyyət Yunanıstan üçün böyük problemlərə səbəb ola bilər.
Yunanıstanın hazırkı donanmasının Türkiyənin dəniz qüvvələrindəki inkişafları qarşısında qeyri-kafi ola biləcəyi bildirilib. Bu vəziyyətin Yunanıstan hökumətində narahatlıq yaratdığına dair şərhlər edilib.Publika.az