image-rt-reklam
image-1backend

BMT TŞ Ukrayna ilə bağlı ilk dəfə qətnamə qəbul edib

image-728x90

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ilk dəfə BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı qətnamə qəbul edib.

BMT Təhlükəsizlik Şurası ABŞ-ın Ukraynaya dair təklif etdiyi, Rusiya Federasiyasını qınamayan və Ukrayna ərazisindən qoşunların çıxarılmasını tələb etməyən qətnaməni təsdiqləyib. Sənədə 10 ölkə, o cümlədən Təhlükəsizlik Şurasının 5 daimi üzvündən 3-ü – ABŞ, Rusiya Federasiyası və Çin səs verib. Heç kim buna qarşı çıxmayıb. 5 Avropa ölkəsi (Böyük Britaniya, Fransa, Yunanıstan, Sloveniya və Danimarka) bitərəf qalıb. BMT-nin hazırkı qətnaməsi Rusiya-Ukrayna müharibəsi başlayandan bəri qəbul edilən ilk qətnamədir. Sənəddə “Ukrayna ilə Rusiya Federasiyası arasında münaqişəni tez bir zamanda dayandırmağa və uzunmüddətli sülhün bərqərar olmasına çağırış” yer alır.

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan İngiltərə və Fransa səsvermə zamanı veto hüququna malik olsalar da, bundan istifadə etmədilər.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90