image-rt-reklam
image-222backend

BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixində növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyəti

image-728x90

Ermənistan hökuməti özünün siyasi məsuliyyətsizliyini və riyakarlığını növbəti dəfə bütün dünyaya nümayiş etdirdi. 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə və TŞ sədrinin bir sıra bəyanatlarına açıq-aşkar etinasızlıq nümayiş etdirən rəsmi İrəvan indi bu qurumdan öz absurd ideyalarını gerçəkləşdirmək üçün yardım istəməklə BMT kimi qlobal bir təşkilatı da bu avantüraya cəlb etmək niyyətində idi. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir. Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, və sülh istəsəydi, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı. Bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi.İkinci halda mərkəzi hakimiyyət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Azərbaycanın yaxınlıqdakı Yevlax şəhərində keçirilməsi razılaşdırılmışdı.
Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib. Yaşar Əliyev çıxışında bəzi faktları iclas iştirakçılarının diqqətinə çatdıraraq deyib:
“- 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu BQXK-ya təklif edib. 2021-ci ildə yüklər BQXK tərəfindən həmin əraziyə çatdırılmaq üçün Bərdəyə daşınıb. Erməni tərəfi yüklərdən imtina edərək BQXK-nın humanitar yardımın çatdırmasına mane olub”. Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir.” “Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu olduğu kimi qalır. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə – “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir. Bu gün Ağdama səfərləri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri də yolun işləkliyinə və yüklərin daşınması üçün hazırlığına şahid olmaq imkanı əldə ediblər”.Soyqırımı ilə bağlı iddiaların da eyni dərəcədə əsassız və yalan olduğunu qeyd edən daimi nümayəndə bildirib ki, Errmənistanın Azərbaycana qarşı manipulyasiya və aldadıcı kampaniyası özünü müstəqil ekspert kimi təqdim edən Luis Moreno Okamponun qondarma “rəyi”ndə də nümayiş olunur. Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.Bununla da ən yüksək pərdədən blokada oyununa reaksiya verildi.
Dünyada formalaşmış ermənipərəst ünsürlər növbəti dəfə Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xalqının dəmir iradəsini əyə bilmədi. Çünki Azərbaycanın mövqeyi haqlı və ədalətli mövqedir. Azərbaycan bir daha nümayiş etdirdi ki, milli maraqların müdafiəsi istiqamətində bir addım da olsun geri atmayacaqdır. Qarabağ Azərbaycanın dünya birliyi tərəfindən birmənalı olaraq tanınmış suveren ərazisidir. Orada yaşayan erməni millətindən olan əhali Azərbaycan Respublikasının vətəndaşlarıdır və Azərbaycan öz vətəndaşları ilə olan münasibətlərini heç kimlə müzakirə etmək fikrində deyildir. Bir sözlə desək, BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclası ölkəmiz üçün növbəti mütləq diplomatik zəfərdir. BMT-nin Təhlükəsizlik Şurasının növbədənkənar iclasında aparılan müzakirələr yalnız ədalətin təcəssümü deyildi. Eyni zamanda da Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Azərbaycan diplomatiyasının doğru siyasətinin nəticəsi idi. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Azərbaycan son illər əldə etdiyi zəfərləri ilmə-ilmə toxumuş və bugünkü nəticələri əldə etmişdir.
Kərimova Pərvin
Nəsimi rayon 247 nömrəli tam orta məktəbin müəllimi

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90