image-rt-reklam
image-whatsapp_image_2023-08-14_at_10-48-31backend

BMT hələ də ikili standartlar xəstəliyindən xilas ola bilmir

image-728x90

“Ermənistanın, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması ilə bağlı müraciəti, bölgədə barışığa yox, gərginliyin daha da artmasına xidmət edir”. Bu fikirləri  Milli Məclisin deputatı Nəsib Məhəməliyev səsləndirib.

Millət vəkili bildirib ki, Laçın yolu üzərində sərhəd-buraxılış postunun qurulmasını həzm edə bilməyən Ermənistan, Qarabağ separatçıları, diaspora və lobbi təşkilatları vahid mərkəzdən verilmiş komanda ilə Azərbaycan əleyhinə informasiya müharibəsini daha da qızışdırdılar:

“Bircə nəfər ölmədən belə, “Blokada”, “soyqırım”, “humanitar böhran” adı ilə dünya mətbuatında ağlaşma qurmağa başladılar. Bəllidir ki, kütləvi ağlaşma qurmaq, erməni mədəniyyətinin tərkib hissədir. İrəvanda dislokasiya olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə, avtomobil karvanının sərhədlərimizə istiqamətləndirilməsi, təxribatların tərkib hissəsidir. Əsas məqsədləri, beynəlxalq birliyin diqqətini cəlb etmək, ölkəmizə qarşı təzyiqlərə nail olmaqdır”.

Nəsib Məhəməliyev hesab edir ki, BMT, Təhlükəsizlik Şurasının iclasının keçirilməsinə razılıq verəcək:
“Əfsuslar olsun ki, dünyada əmin-amanlığın, ədalətin keşiyində durmalı olan bu təşkilat, hələ də ikili standartlar xəstəliyindən xilas ola bilmir. Bir çox qərarlar, qətnamələr beynəlxalq hüququn norma və prinsiplərinə uyğun deyil, subyektiv mülahizələr əsasında verilir. Hətta, hüquqi baxımdan obyektiv qərarların icrası təmin olunmur. Məlum 4 qətnaməni və uzun illər ərzində icra olunmayan bir çox qətnamələri qeyd etmək olar. İclas, şübhəsiz keçiriləcək. Ola bilər, erməniləri sakitləşdirmək üçün hansısa formal qərar qəbul edilsin. Ancaq, qərarın icrasını təmin edəcək aktiv proseslərin baş verəcəyini düşünmürəm. Təhlükəsizlik Şurasının daimi üzvləri, Kollektiv Qərblə Rusiya arasında düşmənçilik siyasəti davam edir. Eyni zamanda Çinlə münasibətlərdə kifayət qədər mürəkkəb məqamlar mövcuddur”.

Millət vəkili deyib ki, indiki halda, BMT, Təhlükəsizlik Şurasının iclasını deyil, Ermənistandan beynəlxalq hüququn normalarının icrasını tələb etməlidir:

“Özünün, 1991-ci ildə qəbul etdiyi müstəqil Azərbaycan dövlətinin sərhədlərinin tanımasına məcbur etməlidir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90