image-rt-reklam
image-222backend

BMT əsgərləri ŞKTC-in təhlükəsizlik qüvvələrinə hücumə etdi

image-728x90

Birləşmiş Millətlər Təşkilatının Sülh Qüvvələrinin əsgərləri Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşada Yaşıl Xətlə həmsərhəd olan ərazisində Təhlükəsizlik Qüvvələri Komandanlığı əsgərlərinə müdaxilə etməyə cəhd edib.

Ulusal.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ərazisindəki Burhan Tan küçəsində dünən baş verən hadisədə Təhlükəsizlik Qüvvələri Komandanlığı (TQK) əsgərləri alaq otlarını təmizləyərkən, Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülh Qüvvələrinin əsgərləri ŞKTC tərəfinə keçib.

BMT Sülh Qüvvələrinin TQK əsgərlərindən birini döydüyü öyrənilib.

Məsələ ilə bağlı açıqlama verən ŞKTC Xarici İşlər Naziri Tahsin Ərtoğruloğlu BMT-nin Pile-Yiğitler yolu ilə bağlı baş verənləri həzm edə bilmədiyi üçün aqressivləşdiyini qeyd edib. BMT əsgərlərinin etdiklərinin qəbuledilməz olduğunu bildirən Ərtoğruloğlu, “Lazım gələndə reaksiyamızı göstərəcəyik. Əmin olun ki, bundan əl çəkməyəcəyik”,- deyə bildirib. Məsələ ilə bağlı BMT Sülh Qüvvələri “X” sosial media platformasında açıqlama verib. Açıqlamada “Bütün sülhməramlılar ən yüksək standartlara uyğun hərəkət etməyə borcludurlar və hər zaman öz hərəkətlərinə görə cavabdehdirlər. Biz hərtərəfli araşdırmadan sonra müvafiq tədbirlər görməkdə tərəddüd etməyəcəyik” ifadələri yer alıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90