image-rt-reklam
image-1backend

Blinken qəflətən Kiyevə niyə gəlib? – Müəmmalı səfərin detalları

image-728x90

ABŞ dövlət katibi Antoni Blinken gözlənilmədən səfər etdiyi Kiyevdə Ukraynaya gələcək dəstəyi müzakirə edəcək.

Ulusal.az “Associated Press”ə istinadən xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

Blinken prezident Vladimir Zelenski, baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək. Amerikalı diplomat Ukrayna hakimiyyətinə Vaşinqtonun dəstəyini davam etdirmək niyyətində olduğunu çatdırmaq istəyir. Blinken iki günlük səfəri zamanı yerli fəallarla da görüşəcək.

Dövlət Departamentinin rəhbəri Kiyevə Polşadan gecə qatarı ilə gəlib.

Blinkenin səfəri Rusiyanın Xarkova hücumu fonunda baş verir, Ukrayna tərəfi cəbhədə vəziyyətin çətin olduğunu etiraf edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90