image-rt-reklam
image-1backend

Bizim xilas yolumuz  Türkiyə ilə sərhədlərin açılmasıdır – Kostanyan

image-728x90

“Biz Türkiyə ilə münasibətlərin normallaşmasında və sərhədlərin açılmasında maraqlıyıq.” –Ulusal.az xəbər verir ki, bunu Ermənistan  xarici işlər nazirinin müavini Vahan Kostanyan Bəhreyndə keçirilən  beynəlxalq forumu çərçivəsində deyib.

“Biz hesab edirik ki, Ankara ilə münasibətlərin tənzimlənməsi Ermənistan və Azərbaycan arasında nizamlanma proseslərinə də müsbət təsir göstərə bilər. Amma onu da nəzərə alsaq ki, Ermənistan qərb tərəfdaşlarımızla yaxınlaşır, yəqin ki, sualımı burada verim. Türkiyə istər regionda, istərsə də Avropa Birliyi və Qərblə münasibətlər baxımından daha irəli gedib.  Ermənistan da  Avropa İttifaqına yaxınlaşmağa çalışır, Ermənistan xalqının Avropa istəkləri var. Sərhədlər açılsa, həm də Aİ-nin gömrük ittifaqının üzvü olan Türkiyə Ermənistanla Aİ arasında körpü ola bilər. Bizim xilas yolumuz  Türkiyə ilə sərhədlərin açılmasıdır.” – Vahan Kostanyan bildirib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90