image-rt-reklam
image-1backend

“Biz də məhz bu ruhda — ehtiyatla, balanslı və məsuliyyətlə hərəkət edirik”-Elçin Əmirbəyov

image-728x90

Azərbaycan digər dövlətlərlə, o cümlədən İran və İsraillə münasibətlərini qarşılıqlı hörmət, suverenlik və ortaq maraqlar əsasında qurur. Bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Fransanın I24 News telekanalına müsahibəsində bildirib.

Diplomat qeyd edib ki, Azərbaycanın məqsədi Tehran və Təl-Əviv arasındakı ziddiyyətlərdə hər hansı tərəf tutmaq deyil. Əksinə, Bakı konstruktiv mövqe nümayiş etdirərək, imkan daxilində qarşılıqlı anlaşmaya töhfə verməyə çalışır.

“Biz inanırıq ki, regional gərginlik dialoqa mane olmamalıdır. Bəzən gizli diplomatiya gözlənilməz yumşalma yollarını aça bilər. Biz də məhz bu ruhda — ehtiyatla, balanslı və məsuliyyətlə hərəkət edirik,” — deyə Əmirbəyov vurğulayıb.

Yaxın Şərq münaqişəsinə münasibət bildirən prezident nümayəndəsi iki dövlətli həllin Azərbaycan üçün də ədalətli sülhün yeganə dayanıqlı əsası olduğunu qeyd edib:

“Qəzzadakı davam edən münaqişə bu həlli daha uzaq və kövrək göstərsə də, onun aktuallığını azaltmır. Əksinə, bu faciə bizə bir daha xatırladır ki, beynəlxalq hüquq, təhlükəsizlik və hər bir insanın ləyaqəti əsasında siyasi danışıqlar yolu ilə razılaşma təcili şəkildə vacibdir. Burada beynəlxalq ictimaiyyətin rolu hər bir inandırıcı təşəbbüsə fəal dəstək verməkdir,” — deyə Əmirbəyov əlavə edib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90