image-2000x150
image-1backend

Bir müqavilənin tarixi

image-728x90

“Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Tarix boyu Azərbaycan xalqı bir çox terrorlara, soyqırımlara və parçalanmalara məruz qalmışdır. Azərbaycan xalqına vurulmuş ağır zərbələrdən biri də 1813-cü il oktyabrın 12-də Gülüstan kəndində Çar Rusiyası ilə Qacarlar İranı arasında imzalanmış Gülüstan müqaviləsi olmuşdur. Tariximizin ən ağrılı səhifələrindən biri olan “Gülüstan” müqaviləsinin bağlanması ilə Azərbaycan torpaqları parçalandı və “Gülüstan” müqaviləsi Azərbaycan tarixinə qara hərflərlə həkk olundu. Ulu Öndər, dahi siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik siyasəti nəticəsində illər sonra Azərbaycan tarixinə qara hərflərlə yazılmış Gülüstan sözünün mahiyyətini tam əksinə dəyişməyə müvəffəq oldu.
Bu istiqamətdə atılmış ən böyük və mütərəqqi addım, Heydər Əliyevin təşəbbüsü ilə Gülüstan sarayının inşasının başlanılması oldu. Gülüstan sarayı Ulu Öndər, Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin təşəbbüsü ilə 1979-1980-ci illərdə inşa edilmişdir. Möhtəşəm tarixi memarlıq abidələrindən biri olan Gülüstan sarayında, Azərbaycan tarixində mühüm rol oynayan bir sıra tədbirlər keçirilmiş, müqavilələr imzalanmışdır.
Tədbirdə əsasən Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının təməlinin qoyulması mərasimi barəsində danışılmışdır. Yaxın zamanlarda – 2025-ci ildə bu stansiyanın açılışını qeyd olunacaqdır. Ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Onsuz da Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir.
Mingəçeviri nəinki Azərbaycanın, ümumiyyətlə, Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə ötən əsrin 70-ci illərində – daha doğrusu, 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur, deyə söyləmişdir.
Əminliklə demək olar ki, bundan sonra da Ulu Öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə əsası qoyulmuş Gülüstan sarayı, Azərbaycanın çiçəklənməsinə və gülüstana çevrilməsinə səbəb olan bir çox tədbirlərə ev sahibliyi edəcək.
Özləm Əliyeva
Nəsimi rayon sakini

 

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90