Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusilə killi miqdarda dələduzluqda təqsirləndirilən iş adamı, “Cahad2004” MMC-nin direktoru Azər Seyidova hökm oxunub.
Avqustun 15-də başa çatan məhkəmə prosesində biznesmenə bəraət verilib.
Bildirilib ki, Azər xarici ölkələrdən, xüsusilə Hindistan, Ukrayna və Moldovadan Azərbaycana dondurulmuş toyuq və mal əti idxal edib. Onun şirkətini bir neçə investor maliyyələşdirib. Həmin şəxslər Azərə 1,2 milyon manata yaxın pul veriblər. Bu pulla xaricdən Azərbaycana və İrana dondurulmuş ət gətirilərək fiziki və hüquqi şəxslərə satılıb. Lakin sonradan tərəflər arasında ödəniş məsələlərinə görə problemlər yaranıb və hüquq-mühafizə orqanlarına müraciət edilib.
Daha sonra Azərin barəsində Cinayət Məcəlləsinin 178.4-cü, yəni xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi açılıb.