image-rt-reklam
image-1backend

Bir millət, üç dövlət -FOTOLAR

image-728x90

5-7 iyun tarixərində TÜRKPA 13- cü Plenar iclasına qatılmaq üçün Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızstan, Macarıstan və Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Məclis Başkanları Bakıda oldular. Qardaş ölkələrdən gəlmiş Məclis Başkanları Prezident İlham Əliyev tərəfindən qəbul olunub.
TÜRK PA- nın 13- cü Plenar İclası başa çatdıqdan sonra Bakıda rəsmi görüşlərini davam etdirən Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Məclis Başkanı Zorlu Törə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Milli Məclisin sədri Sahibə xanım Qafarova tərəfindən qəbul olundu. Məclis Başkanı Zorlu Törə Atatürk Liseyinin son zəng tədbirində iştirak edərək məzunlar qarşısında çıxış etdi və onlara uğurlar arzuladı.
Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və İş adamları cəmiyyətlərinin Assossiyası tərəfindən düzənlənən tədbirlərə qatılan Cümhur Məclis Başkanı Zorlu Törə Kuzey Kıbrıs Türk xalqının istilal mübarizəsindən danışıb və xalqlarımız arasındakı qardaşlığın əbədi olmasını arzulayıb.
Uzun illər ərzində bütün türk dünyasında birlik və bərabərliyin fəal təbliğatçısı kimi tanınan
Başkan Zorlu Törə Bakıda olduğu günlərdə Ulu öndər Heydər Əliyevin məzarını və Dağüstü Parkda yerləşən Şəhidlər Xiyabanını ziyarət etdi. Cənab Törənin Kuzey Kıbrıs Türk Cümhuriyyətinin qurucu prezidenti Rauf Denktaşın qəbrindən gətirdiyi bir ovuc torpaq Heydər Əliyevin məzarına və Kuzey Kıbrıs Türk Şəhidliyindən gətirdiyi torpaq isə Dağüstü Parkdakı Şəhidlərin məzarı üzərinə töküldü. Məclis Başkanı bu törənlə “qanın qana, canın cana” qovuşduğunu bildirərək Azərbaycan, Türkiyə və Kuzey Kıbrısı “ Bir Millət, Üç Dövlət” adlandırdı.
Azərbaycana səfəri zamanı Məclis Başkanı Zorlu Törəni Kuzey Kıbrısın millət vəkilləri İzlem Gürçağ Alturğa, Fide Gürşat, Cümhur Məclisinin Baş katibi İrem Uygun, protokol əməkdaşı İlknur Sallı, mətbuat katibi Bürhan Canbaz, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Azərbaycanda Nümayəndəsi xanım Ufuk Turganer və protokol təmsilçiləri müşaiyət etmişlər. Səfər çərçivəsində Bakının Dənizkənarı Bulvarı, Heydər Əliyev Mərkəzi, İçərişəhər və Xalça Muzeyi ilə yaxından tanış olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti Məclisinin Başkanı Zorlu Törə Azərbaycanın qədim türk ənənələrinə sadiq qaldığını və böyük bir mədəniyyətə sahib olduğunu vurğuladı.
Kuzey Kıbpıs Cümhur Məclisinin nümayəndə heyətini Bakıda olduğu müddətdə Azərbaycan- Kuzey Kıbrıs Parlamentlər arası Dostluq qrupunun başkanı Cavanşir Feyziyev və digər millət vəkiləri müşayiət edib. Məclis Başkanı cənab Zorlu Törə onu müşayiət edən heyət üzvləri ilə birlikdə bu gün Azərbaycandan ayrıldı. Ayrılarkən Başkan Zorlu Törə ölkəmizə səfərindən məmnun qaldığını, doğma vətəni Kuzey Kıbrısa Azərbaycan türklərinin sevgi və məhəbbəti ilə dolu xoş xatirələrlə qayıtdığını dilə gətirdi. Yolunuz açıq olsun! Qardaşlığımız əbədi və sarsılmaz olsun!

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90