image-rt-reklam
image-1backend

Bir ayın əsgəri iynədən şoka düşüb öldü – FOTO

image-728x90

Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev dünyasını dəyişib.

Ulusal.az Bakupost.az-a istinadən xəbər verir ki, 20 yaşlı Fariz hərbi xidmətə bir ay öncə başlayıbmış.

Andiçmə mərasimindən sonra Qubada yerləşən N saylı hərbi hissəyə göndərilən əsgər üç gün sonra, mayın 10-da vəfat edib.

İddialara əsasən, yüksək hərarəti olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.

Qeyd edək ki, əsgərin ölümü ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90