image-rt-reklam
image-88backend

Binaların qarşısına kameralar quraşdırılır: Həmin şəxslər cərimə olunacaq

image-728x90

Yasamalda kameralarla bağlı sakinlər tərəfindən maraqlı fakt görüntülənib.

Ulusal.az xəbər verir ki, kameralarının yerləşdirilməsi yalnız yol təhlükəsizliyi və nəzarəti üçün deyil, həm də ictimai intizamın qorunması məqsədi daşıyır.

İddialara görə, binanı çəkən kameranın məqsədinin binadan yerə zibil atan sakinlərin müəyyənləşdirilməsidir. Daha sonra isə mənzili müəyyən edilərək cərimələnir.

Qeyd edək ki, Azərbaycanda yaşayış binalarının ətrafında müşahidə kameralarının quraşdırılması bələdiyyə və ya mənzil-istismar idarəsinin qərarı ilə mümkündür. Əgər bu, ictimai maraqları qorumaq məqsədi daşıyırsa və şəxsi həyatın toxunulmazlığı pozulmursa, bu addım qanuni sayılır. //Milli.az

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90