image-rt-reklam
image-img-20230705-wa0077backend

Biləsuvar , Zaqatala və Masallı da layihə çərçivəsində təlimlər keçirildi

image-728x90

Biləsuvarda Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin icra etdiyi “Məişət zorakılığına məruz qalan şəxslərin müraciətlərinə baxılmasında ədliyyə,polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hüquqi maarifləndirmə işin təşkili” layihəsi çərçivəsində keçirilən təlimlər sona çatıb. Layihənin rəhbəri Natəvan Əzizova təlimlər haqqında məlumat verərək bildirib ki, məişət zorakılığına məruz qalan şəxslərin müraciətlərinə baxılmasında ədliyyə,polis və digər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə hüquqi maarifləndirmə işin təşkili” layihəsi nəzərdə tutulan fəaliyyət planına əsasən 15-16-17 may tarixlərində Zaqatala rayonunda, 30-31 may 1 iyun taxirlərində Masallı rayonunda və 19-20-22 iyun taxirlərində Biləsuvar rayonunda məişət zorakılığından əziyyət çəkən şəxslərə hüquqi xidmətin təşkili haqqında keçirilən təlimlər uğurla sona çatdırılıb.

Zaqatala Qadın Resurs Mərkəzində keçirilmiş təlimdə ümumilikdə 35, Masallı Qadın Resurs Mərkəzində keçirilmiş təlimdə 25 və Biləsuvar Qadın Resurs Mərkəzində keçirilmiş təlimdə 25 polis əməkdaşı və digər hüquq mühafizə orqanı əməkdaşları iştirak etmişdir.
Lahiyə çərçivəsində məişət zorakılığına məruz qalan 45 şəxsin müraciəti əsasında hüquqi xidmət göstərilib. Hüquqi sənədləri məhkəməyə hazırlanıb. Hər rayonda 3 nəfər olmaqla 9 iş məhkəməyə aparılmışdır. Məhkəməyə qaldırılmış iş məhkəmə qətnaməsi ilə sonlandırılmışdır.

30 dəqiqəlik bədii-sənədli filim çəkildi. Filim məişət zorakılığına məruz qalmış qəhrəmanların özlərinin təhkiyyəsi əsasında canlandırılmışdır. Gender əsaslı zorakılığa məruz qalan qəhrəmanlarımızda filimdə iştirak edirlər.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01 fevral 2023-cü ildən 30 iyun 2023-cü ilə qədər müddətdə həyata keçirildi.

Layihənin əsas məqsədi qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasıdır.

image-img-20230705-wa0081 image-img-20230705-wa0080 image-img-20230705-wa0078 image-img-20230705-wa0079 image-img-20230705-wa0077 image-img-20230705-wa0076 image-img-20230705-wa0075

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90