image-rt-reklam
image-1backend

Bəzi qüvvələr regionda sülhün yaranmasını əngəlləməyə çalışır – AÇIQLAMA

image-728x90

“Artıq sistem halını almış Qlobal Bakı Forumu, bəşəriyyət qarşısında duran ən aktual problemlərin müzakirəyə çıxarıldığı, müxtəlif dövlətləri, xalqları təmsil edən strateji beyin mərkəzlərini, nüfuzlu siyasətçiləri özündə birləşdirən beynəlxalq platformadır”.

Bu barədə Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.

Deputat bildirib ki, XI Forumun işində 70-dən artıq dövlətdən 350 qonağın iştirakı onu göstərir ki, ölkəmizə maraq böyükdür və ildən ilə iştirakçıların sayı artmaqdadır:

“Müasir dünyada, Yaxın Şərqdən tutmuş Afrikaya, Asiyaya, Avropaya qədər bir çox bölgələrdə müharibələr baş alıb gedir. Saysız-hesabsız münaqişələr, məhz dialoqun olmaması üzündən və yaxud bəzi dairələrin imperialist, neokolonialist siyasət apardlğına, başqalarının daxili işlərinə qarışdığına görə baş verir. XI Qlobal Bakı Forumunun mövzusu – “parçalanmış dünyanın bərpası” son dərəcə dəqiqliklə düşünülmüş və əhəmiyyətli mövzudur”.

N.Məhəməliyev deyib ki, hazırda dünyanın bir çox yerində, o cümlədən bizim regionda parçalanmış, ərazi bütövlüyünü təmin edə bilməmiş ölkələr mövcuddur:

“Çox şükürlər olsun ki, Azərbaycan təkbaşına, öz ərazisini, suverenliyini, nəticə etibarilə beynəlxalq hüququ, ədaləti bərpa etdi. Ancaq, əfsuslar ki, qlobal güclər bununla barışmaq istəmir. “Erməni məsələsi”nin beynəlxalq gündəlikdən çıxmasına imkan vermirlər. Əslində, Azərbaycanın əldə etdiyi uğurlar, müsbət presedent kimi beynəlxalq birlik tərəfindən təşviq olunmalı, dəstəklənməli idi. Lakin, biz bunun əksini görürük. Fransanın timsalında müstəmləkəçi qüvvələr, regionda dayanıqlı sülhün yaranmasını əngəlləməyə çalışırlar”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90