Son günlər Ermənistandan Qarabağ ərazisinə qanunsuz yüklərin daşınması ilə bağlı məlumatlar dolaşır. Politoloq Arzuman Muradlı Ulusal.az-a açıqlamasında Ermənistan ərazisindən qaçamalçılıq yolu ilə qanunsuz yüklərin daşınmaına münasibət bildirərkən qeyd edib ki, bu işdə ermənilərə Beynəlxalq Qırmızı Xaç Komitəsi kömək edir.
“Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan ərazisində qaçaqmalçılıqla məşğuldur. Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin Məlumatı da bunu bir daha təsdiq edir. Ermənistan Respublikası ilə dövlət sərhədində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılmış, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılmışlar.Lakin ötən müddət ərzində Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Bu onu deməyə əsas verir ki, artıq Beynəlxalq Qırmızı Xaç Komitəsi açıq şəkildə Qarabağda olan silahlı şəxslərə dəstək verir.”- deyə Arzuman Muradlı bildirib.
Politoloq hesab edir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilləri gələcəkdə buraxılması da sual altındadır.
Xatırladaq ki, bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzini yaydığı məlumatda qeyd edilib ki, 01.07.2023-cü il tarixdə saat 16:41 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 17.06.1976-ci il təvəllüdlü Hartunyan Garikin (pasport: AT0573343) idarə etdiyi Reno markalı 35VX480 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 15 ədəd mobil telefon sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılmışdır.
– 03.07.2023-cü il tarixdə saat 15:52 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 12.04.1977-ci il təvəllüdlü Grigoryan Vrezhin idarə etdiyi (pasport: AU040291) UAZ markalı 768UU22 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda bəyan olunmamış halda əl yüklərinin arasında gizlədilmiş 115 ədəd mobil telefon ekranları, 10 ədəd mobil telefon platası, 120 ədəd mobil telefon üçün qida bloku, 1 ədəd ekran yapışqanı sərhəd naryadı tərəfindən aşkar olunaraq saxlanılmışdır.
– 05.07.2023-cü il tarixdə saat 16:10 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 26.04.1981-ci il təvəllüdlü Harutyunyan Sasunun (pasport: AU0219416) idarə etdiyi İveco markalı 711FF11 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 17 adda 848 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 320 lt benzin aşkar olunaraq saxlanılmışdır.
– 05.07.2023-cü il tarixdə saat 16:54 radələrində Ermənistandan Azərbaycana gələn Ermənistan vətəndaşı 04.12.1959-cu il təvəllüdlü Musaielian Vakifin (pasport: AU031091) idarə etdiyi DAF markalı 37FF609 nömrə nişanlı yük nəqliyyat vasitəsinin salonunda 5 adda 125 qutu siqaret və ehtiyat yanacaq çənindən gizlədilmiş 1000 lt benzin aşkar olunaraq saxlanılmışdır.





















