image-2000x150
image-media-afd38a93-edc9-4297-8603-07f4e7970787-e27lfmpkot4gnrsbca30-620x460backend

Beynəlxalq aləmdə böyük maraq doğuran müsahibə

image-728x90

Azərbaycanın sürətli inkişafı, iri layihələrin reallaşdırılmasındakı zəngin təcrübəsi, Ermənistan üzərindəki tarixi Qələbəsi vəQarabağdakı lokal xarakterli antiterrortədbirlərindən sonra ərazi bütövlüyünün tambərpa olunması onu dünyanın sayılıb-seçiləndövlətləri sırasına daxil etməkdədir. Bu günAzərbaycan Avropanın enerji təhlükəsizliyinintəmin olunmasında vacib ölkələrdən birinəçevrilib. Məhz buna görə enerji məsələləri ilə bağlımühüm əhəmiyyətli beynəlxalq tədbirlərin Bakıdakeçirilməsi artıq ənənə halını alıb. Bu günlərdəBakıda keçirilən Cənub Qaz Dəhlizi MəşvərətŞurası çərçivəsində nazirlərin 10-cu və YaşılEnerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında ümumilikdə 23 ölkədən, 6 beynəlxalqtəşkilatdan, 44 şirkətdən yüksək səviyyəlinümayəndələrin iştirakı onların əhəmiyyətini birdaha nümayiş etdirdi.

Tədbir zamanı Prezident İlham Əliyevin“Euronews” televiziyasına verdiyi müsahibədətoxunduğu məsələlər beynəlxalq ictimaiyyətdəböyük maraq doğurub. Hər şeydən əvvəl onuqeyd edək ki, dövlətimizin başçısının səsləndirdiyi“Azərbaycan neft və qaz ehtiyatları olan bir çoxölkənin üzləşdiyi “neft lənətinə” düçar olmamağıbacardı” fikri ölkəmizdə bu sahədən səmərəliistifadə olunduğuna dir mesaj idi. ÇünkiAzərbaycan nefti inkişafa çevirdi və bu təbiisərvətin ədalətli paylanmasını təmin etməyə nailoldu. Bunu faktlar da təsdiqləyir. Son 20 ildəAzərbaycanda yoxsulluğun səviyyəsi 50 faizdən 5 faizə enib. Son illər ölkəmizdə tamamilə yeni, müasir tələblər səviyyəsində qurulmuşinfrastruktur, əhalinin rifahının getdikcə daha dayaxşılaşdırılması məhz neft və qazdan əldə ediləngəlirlər hesabına mümkün olub. Neft və qazamalik ölkələr günahlandırılmamalıdır, qazıntıyanacağına sahib olmaq onların günahı deyil.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizilayihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalarınolduğunu diqqətə çatdıraraq bildirdi ki, bu barədənikbin və bədbin düşünənlər var idi. Bəzilərinə isəelə gəlirdi ki, Azərbaycan bu layihəni reallaşdırabilməyəcək. Ancaq unudurdular ki, ölkəmiz artıqiri infrastruktur layihələrinin reallaşdırılmasındazəngin təcrübəyə malikdir. Hətta bu gün bir sıra irilayihələrin həyata keçirilməsi Azərbaycanlarazılaşdırılır. Təbii ki, belə bir əhəmiyyətli layihənireallaşdırmaq üçün geniş beynəlxalq əməkdaşlığaehtiyac var idi. Ona görə də öz maliyyə imkanlarıilə bizə dəstək göstərmələri üçün aparıcıbeynəlxalq maliyyə institutlarını dəvət edərək, ölkələr və şirkətlər arasında bu əməkdaşlığıqurmağa başladıq. Nəticə göz qabağındadır. Uzunluğu 3500 kilometr olan kəmər artıq arzudeyil, reallıqdır. Layihə getdikcə daha çox ölkələriəhatə edir. Çünki Azərbaycanın təbii qazının yenitəyinat nöqtələrinə nəql etməyə imkan verən yeniinterkonnektorları var.

Dövlətimizin başçısı öz müsahibəsindəCOP29-dan da danışıb. Bildirib ki, Prezident İlham Əliyev jurnalistin bu məsələ ilə bağlı sualına cavabında COP29-un bizim ümumi yaşıl enerji gündəliyimizin və məsuliyyət hissimizin bir hissəsini təşkil etdiyini vurğuladı. Diqqətə çatdırdıki, çünki qazıntı yanacağı ilə zəngin ölkələr yaşılenerjiyə keçiddə ön sıralarda olmalıdır. Biz bunuənənəvi ehtiyatlarımız çatışmadığına görə etmirik, ona görə edirik ki, neft-qaz satışından əldəetdiyimiz maliyyədən, gəlirlərdən bərpaolunanenerjiyə sərmayə yatırmaq üçün istifadə etməklətöhfə verək. Həm də buna ehtiyacın olduğuna dairümumi bir anlayış yaratmaq istəyirik. AzərbaycanPrezidenti burada təhdid yaradan amillərinolduğunu da qeyd edib. Diqqətə çatdırıb ki, biz iqlim dəyişikliyinin təhlükəli fəsadlarını görürük, çaylarımızda su azalır, dağlarımızda qar azalır, Xəzər dənizində suyun səviyyəsi azalır. Əgər biz enerji və əzmlə bu məsələ ilə məşğul olmasaq, hamımız əziyyət çəkəcəyik. Azərbaycanınbərpaolunan enerji layihələri gündəliyi çoxiddialıdır.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90