image-rt-reklam
image-1backend

Beyləqanlılar öz deputatını rayondan qovdu -VİDEO

image-728x90

Uzun illərdir ki, Beyləqanın deputat və icra başçısı sarıdan bəxti gətirmir. Bu rayondan millət vəkili seçilən deputatları seçkidən sonra yoxa çıxır. 81 saylı Beyləqan seçki dairəsindən deputat seçilən Şahin İsmayılovun sonuncu dəfə Beyləqana 4 il öncə səfər etdiyini desək, inanmasınız… Amma reallıq budur. Şahin İsmayılov 4 ildir ki, Beyləqana getmir. 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı Beyləqan ən çox şəhid verən rayonlardan biri idi. Amma və lakin insanların bu ağır günündə millət vəkilləri onların yanında olmadı. Həmin çətin günlərdə isə Şahin İsmayılovun başı Bakıda restoran biznesinə qarışmışdı. Bir şəhid ailəsi olaraq zamanında millət vəkilimiz Şahin İsmayılovu çox axtardıq. Amma İsmayılov üçün Beyləqanın və yaxud Azərbaycanın şəhidi maraqlı deyildi. İsmayılov öz biznesini genişləndirmək üçün hərəkətə keçmişdi. “Boz kardinal” Ramiz Mehdiyevin xeyir-duası ilə mandatla mükafatlandırlan Şahin İsmayılov Bakıda “Friends” restoranlar şəbəkəsini qurub. İsmayılov məhz bu restoranı 44 günlük müharibə ərəfəsində qurub. Görünən odur ki, Şahin İsmayılovu seçiciləri yox, öz biznesi maraqlandırır.
44 günlük Vətən Müharibəsi zamanı Milli Məclisin bütün deputatları şəhid məclislərində iştirak edir, şəhid ailəsinə təsəlli verirdi. Beyləqan sakinləri isə deputatını tapa bilmirdi. Bu günə qədər də Beyləqandan millət vəkili seçilən Şahin İsmayılov bir şəhid ailəsinin qapısını açmayıb. Beyləqanda olarkən bir neçə şəhid ailəsi ilə həmsöhbət oldum. Şəhid anaları Şahin adlı depuatın adını birinci dəfə eşitdiklərini deyirdilər.  Şahin İsmayılov mətbuatda yazılanlardan sonra Şəhidlər xiyabanını ziyarət etmək eşqinə düşür. Lakin bu dəfə insanlar millət vəkilini kənddən sözün əsl mənasında qovurlar. İndi Şahin İsmayılov yenidən Beyləqandan millət vəkili olmaq eşqinə düşüb. Ancaq görünən odur ki, qədim oğuz yurdunun sakinləri İsmayılovu bu dəfə başqa cür qovacaq. Həmin sensaion videonu diqqətinizə çatdırırıq.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90