Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun Komandanı, müdafiə naziri Zakir Həsənovun müşaviri Bəxtiyar Ərsaya ordu generalı hərbi rütbəsi verilib.
Ulusal.az xəbər verir ki, müvafiq sərəncam Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb.
Qeyd edək ki, Bəxtiyar Ərsay bir müddət Türkiyə Quru Qoşunlarının əməliyyat üzrə rəisi vəzifəsində çalışıb. 2021-ci ildən Azərbaycanda Xidmət Qrupu Komandanlığında xidmətə başlayıb.
Bəxtiyar Ərsay 2022-ci ildə Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilib.