image-rt-reklam
image-4-7-scaledbackend

Bəstəkar Cavanşir Quliyevin vəfatı xəbərinə RƏSMİ REAKSİYA – YENİLƏNDİ

image-728x90

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin ölüm xəbəri yayılıb. Onun İstanbulda müalicə aldığı xəstəxanada vəfat etdiyi bildirilsə də, məlumatın yanlış olduğu məlum olub.

Heydər Əliyev Fondundan  Ulusal.az-a verilən məlumata görə, 74 yaşlı bəstəkar bu gün planlı əməliyyata girəcək.

Xatırladaq ki, Türkiyədə səfərdə olan Cavanşir Quliyevin fevralın 5-də səhər saatlarında halı pisləşmişdi. Onun beyninə qan sızdığı bildirilir.

Bəstəkarın müalicəsinə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond tərəfindən dəstək verilir.


Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev İstanbulda, müalicə aldığı xəstəxanada vəfat edib.

Ulusal.az xəbər verir ki, bu barədə onun sənət dostları sosial şəbəkə hesablarından məlumat yayıblar.

Xatırladaq ki, sənətkar fevralın beşində xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, bəstəkar 1950-ci ilin noyabrın 22-də Şəkidə anadan olub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90