Türkiyədə Beykoz Bələdiyyə Başçısı Alaattin Köseler saxlanılıb.
Ulusal.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə Beykoz Respublika Prokurorluğu aralarında Beykoz Bələdiyyə Başçısı Alaattin Köselerin də olduğu 4 şübhəli haqqında “tender saxtakarlığı” və “vəzifə səlahiyyətlərindən sui-istifadə” ittihamı ilə həbs qərarı çıxarıb.
Digər tərəfdən, “tenderlərin saxtalaşdırılması” və “təşkilat yaratmaq, üzv olmaq və cinayətin törədilməsinə köməklik etmək” cinayətlərində şübhəli bilinən 17 nəfərin axtarışı və tutulmasına qərar verilib.
Təlimata uyğun olaraq, Köseler və 20 şübhəli İstanbul İl Təhlükəsizlik Müdirliyi Maliyyə Cinayətləri ilə Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən nəzarətə götürülüb.
Polis qruplarının Beykoz Bələdiyyəsində axtarışlarının davam etdiyi bildirilir.Musavat.com
