image-rt-reklam
image-elnurbackend

“BBC telekanalı ermənipərəst mövqeyindən əl çəkmir” -Millət vəkili

image-728x90
“BBC telekanalı tərəfindən Azərbaycanla Ermənistan arasında münasibətər, Azərbaycanın Qarabağ iqtisadi rayonunda ermənilərin yaşadığı ərazidə mövcud vəziyyətlə bağlı qeyri-obyektiv materiallar yayımlanır və qərəzli iddialar irəli sürülür. Bu, bizim üçün qeyri-adi deyil. BBC həmişəki ampluasındadır. 44 günlük Vətən müharibəsi günlərində etdiklərini edir: separatizmə dəstək verir. Britaniya vergiödəyicilərinin pulları cinayətkar hərbi xuntanın maraqlarına sərf edilir.” -bu fikirləri Real Televiziyasına müsahibəsində millət vəkili Elnur Allahverdiyev bildirib.
Millət vəkili qeyd edib ki, bu, nə ilk haldır, nə də son. Hamımız 44 günlük müharibənin gedişində Prezident cənab İlham Əliyevin müsahibə ərzində BBC-nin müxbirini əks-suallar və əks-arqumentlərlə rəzil hala saldığını xatırlayırıq.
“Görünür, bu rüsvayçılığı BBC-də unutmayıblar. Obyektiv xəbərçiliyi şüar edən teleşirkət yaxşı bilir ki, separatçıların “aclıq çəkdikləri” Xankəndidən yarım saatlıq yolda erməni terrorçularının basdırdıqları minalardan dinc vətəndaşlar qətlə yetirilir. BBC-də bunu əlbəttə ki, görməzdən gəlirlər. İndi isə teleşirkət pul müqabilində Ermənistanın sifarişi ilə yalanlar danışan NATO-nun keçmiş baş katibi Rasmusseni özünə yol yoldaşı edib. Fikrimcə, bu media orqanının Azərbaycanda akreditasiyası məsələsinə yenidən baxılmalıdır.”- deyə Elnur Allahverdiyev bildirib.
Daha ətraflı videomatrealda:

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90