image-rt-reklam
image-1backend

“Baza” telegram kanalına BASQIN – Baş redaktor SAXLANILDI

image-728x90

“Baza” Telegram kanalının ofisində polis əməkdaşları axtarış aparıb.

Ulusal.az  xəbər verir ki, bu barədə məlumatı birbaşa sözügedən nəşr yayıb.

Bundan əlavə, polis və OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) kanalın baş redaktoru Qleb Trifonovun yaşadığı ünvana da gəlib.

Hazırda onunla əlaqə saxlamaq mümkün deyil.

Trifonovun qonşularının sözlərinə görə, o, naməlum istiqamətə aparılıb və hazırda harada olduğu bilinmir.

“Baza”nın paylaşdığı məlumata əsasən, polis əməkdaşları ofisə gəldikdən sonra orada olan redaksiya üzvləri ilə də əlaqə itib.

Kanalın yaydığı informasiyaya görə, axtarışlar Rusiyanın bir regionunda başlanan cinayət işi ilə əlaqəli ola bilər. Lakin həmin işin hansı maddə üzrə başladıldığı açıqlanmır.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90