image-rt-reklam
image-bayramov-mirzoyan1backend

Bayramovla Mirzoyanın Vaşinqton görüşü niyə təxirə salınıb? – Miller açıqladı

image-728x90

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında bu həftə Vaşinqtonda planlaşdırılan danışıqların növbəti raundu qrafiklə bağlı problemlərə görə təxirə salınıb.

Ulusal.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

“Təəssüf ki, bu görüş planlaşdırma problemlərinə görə baş tutmadı. Biz görüşü mümkün qədər tez keçirməyə çalışırıq” , – Miller bildirib.

ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, tərəflər dinc dialoq aparmağa davam edir. Vaşinqton birbaşa dialoqun vacib olduğuna əmindir.

“Biz razılığın əldə olunacağına inanırıq”, – ABŞ diplomatı bildirib.

Bundan əvvəl bildirilmişdi ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında iyunun 12-də Vaşinqtonda keçirilməsi nəzərdə tutulan müzakirələrin növbəti raundu təxirə salınıb.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90