image-2000x150
image-ceyhun-bayramovbackend

Bayramov Vaşinqton görüşü haqda: “Bir addım irəli getdik”

image-728x90

“Belə desək, biz bir addım irəli getdik”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

“ABŞ-da baş tutan görüşlərin əsas mənası Sülh müqaviləsi ətrafında aparılan danışıqlardır”, – o, bildirib.

“Məlum olduğu kimi Sülh müqaviləsi ilə bağlı təşəbbüslər Azərbaycan tərəfindən səsləndirilib. Hələ 2021-ci ildə Prezident İlham Əliyev ilk dəfə səsləndirib. 2022-ci ilin fevral ayında Azərbaycan 5 baza prinsipini irəli sürmüşdü, nəhayət 2022-ci ilin oktyabrında sülh müqaviləsi üzrə danışıqlara başlanılmışdı. Həmin danışıqlar da məhz Azərbaycanın ilkin təqdim etdiyi genişlənmiş baza prinsipləri ətrafında danışıqlara başlanılmışdı. Daha sonra noyabr ayında Vaşinqton görüşlər olub. Dekabr ayında üçüncü görüş Moskvada planlaşdırılıb. Ancaq üçüncü görüşdən Ermənistan imtina etmişdi. Həmin görüşü müxtəlif səbəblər gətirərək boykot etmişdi. Həmin vaxtlarda onlar Laçın yolu ətrafındakı məsələləri bəhanə etmişdilər. Nəticədə 6 aya yaxın müddətdə görüşlər keçirilməmişdi. ABŞ-ın vasitəçiliyi ilə Ermənistan tərəfi danışıqlar masasına qayıtdı və 4 günlük müzakirələr oldu. Müzakirələr sülh müqaviləsi ətrafında idi”, – nazir əlavə edib.

Nazir qeyd edib ki, Azərbaycanla Ermənistan arasında müzakirə olunan sülh müqaviləsi bir sıra vacib məsələləri özündə ehtiva edir:

“Biz tam razılaşma barədə təbii ki, danışa bilmərik. Tərəflər arasında kifayət qədər fərqlər də qalmaqdadır. Ancaq bəlli bir maddələr üzrə razılaşma oldu. Belə desək, biz bir addım irəli getdik. Biz prosesə realist yanaşmalıyıq”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90