image-rt-reklam
image-1backend

Bayram günü söyüş söydü – Məhkəmə günü dəm qazından öldü

image-728x90

Yeni il bayramı günü Yevlax Şəhəri İcra Hakimiyyəti binasının qarşısındakı yolkanın ətrafında söyüs söydüyünə görə saxlanılan şəxs dəm qazından dünyasını dəyişib.

Ulusal.az Qaynarinfo-ya isinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Fərid Firudin oğlu Əliyev 31 dekabr tarixində İcra Hakimiyyətinin qarşısında qoyulan yolkanın ətrafında nalayiq və ünvansız söyüşlər söydüyünə görə polis tərəfindən saxlanılıb.

Ondan rayon polis şöbəsində iltizam alınaraq, azad edilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub. İş məhkəməyə göndərilib.

Məhkəmə günü Fərid Əliyevin vəfat etməsi məlum olub. Belə ki, 32 yaşlı rayon sakini yanvar ayının 6-da Yevlax rayonu Nematabad kəndində qeydiyyatda olduğu evdə dəm qazından boğularaq dünyasını dəyişib.

Məhkəmənin hökmü ilə Fərid Firudin oğlu Əliyev dünyasını dəyişdiyi üçün İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı başlanmış icraata həmin Məcəllənin 53.1.8-ci maddəsinə əsasən xitam verilib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90