image-2000x150
image-1710676787_dsc_1107backend

Bayram Bayrama qarışmışdı – FOTOLAR

image-728x90

Bayram bayrama qarışmışdı. Doğrudan gözəl bir tədbir təşkil olunmuşdu. Bilmirəm tədbir deyim, bilmirəm iftar süfrəsi deyim və yaxut da Novruz abu havası deyim: Ona görədə bayram bayrama qarışmışdı cümləsiylə başlamaq mənim üçün ən doğru fikridi. “Radiofm.az” yenədə öz adətindən geri qalmır. Getdiyi, gördüyü yerləri, həmişəki kimi qələmə alar.

Səhər sahurdan sonra dünən ki tədbirdən yazmaq qərarına gəldim.

Biz “44 günlük müharibə”də Azərbaycanın necə birlik olduğunun hamımız şahidi olduq. İstər yaşlısı pensiyası ilə, istər az yaşlı uşağı yığdığı əsginazları ilə, kimisi duasıyla, kimisi maliyla, kimisi meyvəsiylə, kimisi yorğanıyla, kimisi ədyalı ilə, kimisi aldığı isti geyimləri ilə və s. nələri ilə Rəşadətli Ordumuza dəsdək olmuşdu.
Bu müharibə də Azərbaycan neçə-neçə oğullar itirdiyinin şahidi olduq və neçə-neçə oğullar yarımcan olduğunun yenə də şahidi olduq.
Nədənsə topçu deyəndə tək Vüsal qardaşəmızın adı çəkilir. Lakin hamımız bilirik ki, topçu vəzifəsini tək Vüsal qardaşımız yerinə yetirməyib. Onun simasında bir neçə igidlərimiz də bu vəzifəni laiqincə yerinə yetirib. Təbiiki o məğrur duruş, igidlik, mərdlik elə Azərbaycan oğullarının alnına yazılıb. Əslində axtarsaq və yaxut da danışsalar biz çoxlarını tanıyarıq. Sakit qıraxdan izləyənlər də az deyil. Bizim borcumuzdu deyib üzə çıxmayanlar da çoxdu. İndi adını Çəkəcəyim qazi qardaşımızda “44 günlük müharibə” də topçu vəzifəsini yerinə yetirən igidlərdən olub. instaqram səhfəsində vidiolarıbda o məğrur duruşu görmək mümkündü. Tural Məmmədov həmdə Qarabağ Qaziləri İctimai Birliyinin Xəzər rayonu üzrə sədridir.

Bu tədbirin həm təşkili həm maddiyyatını elə sözü gedən “44 günlük müharibə”də tanıdığımız topçu vəzifəsini yerinə yetirən Tural qardaşımız və “44 günlük müharibə” də arxa cəbhədə igidlərimizə maddi və mənəvi dəstəyini əsirgəməyən, hər zaman qazilərə dəsdək olan, şəhid ailələrinin yanında olan Vüsal qardaşımız öhdəsinə götürüb.

Tədbir də şəhid ailələri, qazilərimiz, veteranlarımız, Qeyri Hökümət təşkilatlar, tanınmış şou biznes aləmi, jurnalistlər və o cümlədən də ümid sığınacaq evinin müəllim və uşaqları iştirak edirdi.

Şəhid Ramin Yusiflinin anası Reyhan anamız,

44 günlük müharibədə arxa cəbhədə yaxından iştirak edən və hər zaman şəhid ailələrinin, qazilərimizin yanında olan Aynur xanım və blogger Elçin Lənbəranski qardaşımız gələn qonaqları qarşılayır və əyləşmələrinə yer göstərirdilər.


Tədbirin açılışını Binə qəsəbəsinin İman Həsən məscidinin axundu Hacı Eldayaq Hüseynov Quranın ayəsiylə açdı. Hacı Eldayağın vasitəsi ilə şəhidlərimizin ruhuna zikirlər, salavatlar və dualar oxundu. Həmçini qazilərimizə Allahdan şəfalar edildi. Hüseyn adlı balamız da QURAN qiraət etdi. Başqa ilahiyyətçilərdə tədbirdə iştirak edirdi.

Tədbirdə yenə həmişəki kimi anlamağa çalışsamda anlamadığım o bir dəqiqəlik sükutla şəhidlərimizi yad edib, himnimizi oxuduq.
Daha sonra iftar duası oxundu, hər kəs orucunu açdı. Bir müddət qaşıq- çəngəl səsləri rəks edərmiş kimi cingiltiləri zalı bürüyüb əks- səda verirdi. İnsanın qulağına xoş gəlməsə də bu səsləri hər kəs, hər gün duyur. Bu gün ki 300 nəfərlik tədbirdə bu səsləri eşitməmək imkansız olardı.
Allah hər kəsin orucunu qəbul eləsin və Vüsal qardaşımızın da bu etdiklərinin mükafatını versin, amin.
Tədbir doğrudanda çox gözəl keçdi. İstər yeməyi, istər servisləri, istərsədə diqqətləri yerli- yerində idi. Tədbir boyunca şəhid analarının bir balacada varsa təbəssümlərini görməyə çalışırdılar.

Müğənlilərimiz öz gözəl ifaları ilə tədbirimizə rəng qatırdılar. Bir sözlə desək tədbir canlandı, daha da rəngarəng oldu.

Qazilərimiz ayaqları olmasalar belı oynamaqları insanı ruhlandırırdı. Niyə deyirəm ruhlandırır çünki, mən onları görəndə çox utanıram. Mənə görə, mənim evladıma görə canlarından keçdilər deyə hər zaman düşünmüşəm. Lakin tədbirdə, hansısa bir toyda tək ayaqdan, çəliklərinə söykənərək və yaxudda adını yazmağa belə utandığım o arabada oynayarkən bir balaca ruhuma su səpmiş olurlar. Allah qazilərimizı, veteranlarımızı qorusun.

Müğənlilər həqiqətən də qazilərimizlə çox səmimi oynayırdılar. Hiss edirsən ki doğrudanda onların acılarını unutdurmağa çalışırdılar.

Bu Məmmədovlar qardaşları Ümid uşaq evininin uşaqlarını xüsusi dəvət etməsi diqqətimi çəkdi. Əslində bilmirdim uşaq evinin uşaqları olduğunu. Nüşabə Musayevlə şəkil çəkdirmək istədiyini hiss edəndə yaxınlaşdım şəkillərini çəkdmək təklifi etdim. Təşəkkür üçün qucaqlayanda harda yaşadəqlarını soruşdum, gec cavab verəndə birdə sual verdim. Özü deməsəs də yanındakı qızcığaz Ümid uşaq evində dedi. Biz Ümid uşaq evində yaşayırıq dedi. Biri sanki utanaraq dedi, biri də sanki qürurla dedi. Əslində utanan o körpələr deyildə onları kimsəsiz kimi hiss elətdirənlər utanmalıdi. Bəli: ola bilər həqiqətən də kimsəsiz olsunlar lakin hamımıza məlumdur ki, bəzən istəmədiyimiz hadisənin ya şahidi oluruq y daki sosial şəbəkələrdən eşidib görürük. Bu da bir çox “ana” hissini duymayan xanımlarımıza daha dərindən təsir bağışlayır. Allahla sanki savaşırlarmış kmi özlərinin də xəbəri olmadan axı niyə qədir bilməyənə verirsən cümləsi həm dilinə gəlir həmdə şərhdə fikir bildirirlər.

Hər kəs cıxış elədi. Kimisi şeiri ilə, kimisi musiqisi ilə, kimisidə ürək sözləri ilə. O, cümlədən də Müharibə Veteranı Qadınlara Sosial yardım İctimai Birliyin sədri Rada Abbas da gözəl çıxış elədi. Rada Abbas hər zaman bütün tədbirlər də 1992- ci ildə əlinə silah alan və almayan döyüşlərdə uşaqlarını qoyub, təhsillərini yarımçıq qoyub müharibəyə gedən xanımlarımızı xatırladır. Onları heç bir zaman unutmamağı irəli sürür. Tədbirdə də “44 günlük müharibə” də şəhid olan igidlərimiz məhs qəhrəman, qorxmaz analarının qəhrəman balaları oldu. Heç bir zaman şəhidlərimizin ölmədiyini və onları hər zaman yaşadığını söylədi.

Mən nədənsə Valeh Leriklinin ifasınında “mən əsgərəm” mahnısının təkrar oxumasını xaiş elədim. Sağolsunlar nə Elçin Lənbəranski nə də ki, Valeh Lerikli sözümü yerə salmadılar. Elçin bəy xaiş etdi Valeh bəy oxudu. Əslində tədbirimizin sonu bilib sağollaşarkən bir həzin titrək səsi məni saxladı. Elə insanı həqiqətən də musiqinin əsasən sözləri ağrıdır. Bir cümlə ayağımı yeriməkdən saxladı. O cümlə belə idi: “Mən bütün şəhidlərin anasıyam” oxuyan şəhid Ramin Yusiflinin anası idi. Bəli səhf eşidmədiniz şəhid Ramin Yusiflinin anası. Belə yerdə deyiblər ki, Allah heç kimə bala dərdi verməsin. Oğlunun acısını sanki sözlərə düzüb dilə gətirir. Kaş elə bir şey ola ki bütün dərdini unutdurcaq ixtira kəşf edilə Amma inamıram.

Sonda Ali baş komandamızın dediyi kimi dəmir yumruqolaraq “QARABAĞ AZƏRBAYCANDIR!!!” cümləsiylə tədbirimizi sonlandırdıq. Və xatirə olaraq bir foto da çəkdirdik.

“Radiofm.az” komandası adından başda Vüsal- Tural qardaşları olmaqla bu tədbirdə Sevgi Hall restoranının rəhbər və kollektivinə və hər dəqiqə tədbirdə iştirak edən bütün qonaqların bezmədən, usanmadan şəkillərini geniş şəkildə çəkərək bizlərə çatdıran fotoqrafçı Seymur Tovuzluya təşəkkürümü bildirirəm. Lazımınca harda desək həm telefonlarımızla lenta aldı, həm də öz fotoqrafıyla lenta aldı. İnsan işlədiyi sahəni sevərək işləməlidi. Seymur bəy gördüyüm qədəri bu sahədə sevərək çalışır. Bu tədbirə ayaq atıb gələn hər kəsə minnətdaram.

PİYALƏ BAYRAMQIZI

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90