image-rt-reklam
image-1backend

“Bayer” də Juninyo üçün təklif göndərib

image-728x90

“Qarabağ”ın hücumçusu Olavio Juninyo Avropanın daha bir nəhəng klubunun maraq dairəsində olub.

Ulusal.az xəbər verir ki, bu iddia ilə “SBT Rio”nun əməkdaşı Venye Kasaqrande çıxış edib.

Onun sözlərinə görə, “Sevilya” ilə eyni vaxtda “Bayer” də “Qarabağ”a təklif göndərib. Lakin almanların təklif etdikləri məbləğ ispanlardan az olduğundan, Azərbaycan çempionu mənfi cavab verib.

“Juninyoya maraq göstərən təkcə “Sevilya” deyildi. Digər məşhur klub “Bayer” də ona maraq göstərmişdi. Lakin həmin vaxt “Sevilya”nın təklifi həm klub, həm də oyunçu üçün daha sərfəli idi”, – deyə Venye söyləyib.

Juninyonun Braziliya klubu “Flamenqo”ya keçidi indi daha real görünür. “Sambaçı”nın bu komandaya keçidinin “Qarabağ”a təxminən 4-5 milyon avro qazandırması gözlənilir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90