Əsəd rejiminin sonunun dünyada böyük əks-səda doğurduğu bir vaxtda ABŞ kəşfiyyatının keçmiş rəhbəri Riçard Qrenell diqqətçəkən açıqlamalar verib.
Ulusal.az xəbər verir ki, Qrenell sosial media hesabından Bayden administrasiyasına sərt reaksiya verib.
“Bayden Türkiyə ilə Suriyada baş verən xaosla bağlı birgə çalışacağını dilə gətirə bilmədi. 1952-ci ildən NATO müttəfiqi olan Türkiyəyə məhəl qoymamaq tamamilə axmaqlıqdır. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə xristianların və digər azlıqların müdafiəsində öz mövqelərini konkret olaraq sərgilədi”, – deyə o, bildirib.