image-rt-reklam
image-1backend

Bayden oğlunu əfv edib

image-728x90

ABŞ Prezidenti Cozef Bayden silah alışı məsələsində təqsirli bilinən və dekabrda həbsi nəzərdə tutulan oğlu Hanter Baydeni əfv edib.

Bu barədə CNN xəbər yayıb.

Keçən ay Ağ Evin prezidentin oğlunu əfv etmək niyyətinin olmadığına dair verdiyi açıqlamaya baxmayaraq, onun əvf edilməsinə dair bəyanat yayılıb.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Cozef Baydenin oğlunu əfv etmək qərarının sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi olduğu fikrini bildirib.

Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum edən və illərdir həbsdə olan şəxslərin əfv siyahısında olub-olmadığını sual edib. O qeyd edib ki, bu cür davranış açıq-aşkar sui-istifadə və ədalətin pozulmasıdır.

Tramp və tərəfdarları hesab edir ki, hücumda iştirak edənlərin çoxu ədalətsiz təqibin qurbanı olub və onlar siyasi məhbuslardır.

Qeyd edək ki, Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib.

O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Prezidentin oğlunu vergi itithamı üzrə maksimum 17 il həbs cəzası və 1,35 milyon dollara qədər cərimə, silah alışına görə 25 ilə kimi azadlıqdan məhrumetmə cəzası və 750 min dollar cərimə gözləyirdi. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90