Təqaüdə çıxandan sonra bloger olacam.
Bunu ABŞ prezidenti Co Bayden amerikalı blogerlərlə görüşündə deyib.
“İnsanlar sizin biznesinizi digər işlərdən daha çox istəyirlər. Sizcə, təqaüdə çıxanda hara gedəcəm? Əlaqələrim var… Mən sizi Ağ Evə çağırdım, çünki iş axtarıram”, – deyə Bayden zarafatla bildirib.
Qeyd edək ki, ABŞ prezidenti bundan əvvəl seçkiqabağı kampaniyanı davam etdirməkdən imtina etmişdi. Onun səlahiyyət müddəti 2025-ci il yanvarın 20-də ABŞ-ın yeni prezidentinin andiçmə mərasimindən sonra başa çatacaq.