image-2000x150
image-fb_img_1705547614597backend

Bayan kəndində sakinlərlə görüş keçirilib – FOTOLAR

image-728x90

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq yerlərdə səyyar qəbullar keçirilir. Keçirilən görüşlərin məqsədi vətəndaşları narahat edən məsələləri bilavasitə yerində öyrənmək və onların rastlaşdıqları problemləri vaxtında aradan qaldırmaqdır.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov təsdiq olunmuş cədvələ uyğun olaraq növbəti səyyar qəbul-görüşü Bayan kəndində keçirib.
Qəbulda RİH-nin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, yerli idarə və təşkilatların nümayəndələri ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
V.Məmmədov bildirib ki, vətəndaş məmnunluğunun təmin edilməsi, qaldırılan məsələlərin həllinə obyektiv yanaşılması, problemlərin çözümüylə bağlı əlverişli mexanizmlərin təklif edilməsi bütün dövlət məmurları qarşısında qoyulan başlıca tələblərdəndir və Rayon İcra Hakimiyyəti bu istiqamətdə bütün mümkün addımları atır.
Sonra kənd sakinlərinin müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, Bayan kənd sənətkarlıq klubunun dam örtüyünün təmir olunması, Su keçidinin təmir olunması, ərazidə urnaların quraşdırılması, məktəblərin qarşısındakı piyada zolaqlarının yenidən rənglənməsi, sahibsiz itlərin zərərsizləşdirilməsi, nasaz elektrik dayaqlarının dəyişdirilməsi və digər şəxsi məsələlərlə bağlı olub.
Sakinlər səyyar görüş-qəbulların keçirilməsidən məmnunluqlarını ifadə ediblər, dövlət başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya yaşadıqları ərazidə quruculuq və abadlıq işlərinin aparılmasına, habelə sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşmasına görə minnətdarlıqlarını bildiriblər.

image-fb_img_1705547630999 image-fb_img_1705547627710 image-fb_img_1705547623951 image-fb_img_1705547620860 image-fb_img_1705547617704 image-fb_img_1705547614597

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90