image-2000x150
image-baxmutbackend

Baxmut cəhənnəmi: Rusiya Ukraynadan beş dəfə artıq canlı qüvvə itirib

image-728x90

“Rusiya işğalçı ordusu Donetsk vilayətində Baxmut uğrunda gedən döyüşlərdə ukraynalı müdafiəçilərdən beş dəfə çox əsgər itiriblər”.

Bu barədə NATO kəşfiyyatına mənsub rəsmi şəxs CNN-ə açıqlama verib.

NATO kəşfiyyatının hesablamalarına görə, Baxmutun müdafiəsində həlak olmuş hər bir ukraynalı əsgərə görə rus qoşunları ən azı beşini itirib.

Rəsmi qeyd edib ki, bu nisbət kəşfiyyat məlumatlarına əsaslanan ağlabatan təxmindir. O, əlavə edib ki, Ukrayna da şəhəri müdafiə edərkən xeyli itki verir.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90