Almaniyanın “Bavariya” klubu UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer 04″ün baş məşqçisi Xabi Alonso ilə danışıqlara başlayıb.
Ulusal.az “Sky Germany”ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssisin “Bavariya”da işləmək ehtimalı yüksəkdir.
Bir müddət əvvəl Xabi Alonsonun yeni mövsümdən “Liverpul”u çalışdıracağı bildirilsə də, “Bavariya” rəhbərliyi hazırda mütəxəssislə danışıqlar apardıqlarını etiraf edib.
Qeyd edək ki, “Bavariya” hazırkı baş məşqçisi Tomas Tuxellə mövsümün sonunda yollarını ayıracaq.