image-rt-reklam
image-ermeni-tank-mehv1backend

“Baş qaldıran düşmənin başı dərhal əzilməlidir. Təmkin vaxtı deyil, yetər artıq!”- Arzuman Muradlı

image-728x90

” Ermənilərin təxribatçı əməlləri anti- terror əməliyyatını qaçılmaz edir. Məhz son günlər təxribatların sayının durmadan artması onu deməyə əsas verir ki, Azərbaycan təxribatların qarşısını alır və hadisələri səbrlə izləyir”- Ulusal.az xəbər verir ki, bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

Arzuman Muradlı hesab edir ki, rəsmi Bakı hələki səbr nümayiş etdirir.

“Ermənilər bu təxribatları davam etdirsələr anti-terror əməliyyatı qaçılmaz olacaq.  Hadisələrin gedişatı onu göstərir ki, ermənilərin dayanmaq fikri yoxdur. Hesab edirəm ki, yaxın zamanda anti-terror əməliyyatı olacaq. Bölmələrimiz atəş açılan və ya digər təhdid yaradan istiqamətlər üzrə daha təsirli cavab tədbirləri görməlidir. Məsələn atəş açılan düşmən mövqelərini dərhal artilleriya sistemləri və PUA -lar ilə yerlə yeksan etmək, o mövqelərə əsgərimizi və Bayrağımızı yerləşdirmək üçün nəyimiz əskikdir? Biz təmkinli davrandiqca, erməni tərəfi cəsarətlənməyə çalışır. Baş qaldıran düşmənin başı dərhal əzilməlidir. Təmkin vaxtı deyil, yetər artıq!” – deyə Arzuman Muradlı bildirib.

Xatırladaq ki, iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90