image-2000x150
image-1backend

Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin yeni rəisi Cəmil Əmirov KİMDİR? – DOSYE

image-728x90

Xəbər verdiyimiz kimi, Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.

Belə ki, daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi, polis polkovniki Cəmil Əmirov təyin edilib.

Ulusal.az xəbər verir ki, C.Əmirov 2014-ci ilə kimi Yasamal rayon 26-cı polis bölməsinin rəisi olub.

2014-ci ilin may ayında Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

2015-ci ilin mayında C.Əmirov Şəmkir rayon Polis şöbəsinin rəisi təyin edilib. O, 2019-cu ilin yanvarınadək bu vəzifəni icra edib.

C.Əmirov, 2019-cu il yanvarın 7-də Yasamal Rayon Polis İdarəsinin rəisi təyin edilib və 5 ildən çoxdur ki, bu vəzifəni icra edirdi.

Qeyd edək ki, Cəmil Əmirov Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovun qardaşıdır.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90