Monteneqronun Baş naziri Milojko Spajiçin ötən həftə Türkiyə vətəndaşları üçün vizasız səyahətin müvəqqəti olaraq dayandırılacağını elan edib.
Ulusal.az “Milliyet”ə istinadən xəbər verir ki, hökumətin rəsmi olaraq qəbul etdiyi viza rejimi tətbiqi bir sıra etirazlara səbəb olub.
Monteneqro prezidenti Yakov Milatoviçin sözlərinə görə, bu addım Türkiyədə yaşayan, tibbi müalicə alan və ya İstanbul hava limanından istifadə edən Monteneqro vətəndaşlarını təhlükəyə atır: “Hökumət Türkiyənin potensial reaksiyalarını nəzərə almayıb. Türkiyə hökumətinin əks tədbirləri iqtisadi əməkdaşlığa da təsir göstərə bilər”.
Monteneqronun xarici işlər naziri Ervin İbrahimoviç də Baş nazirin ani qərar verdiyini bildirib. O, xəbərdarlıq edib ki, bu, ölkənin Türkiyə ilə münasibətlərini təhlükəyə ata bilər.
Məlumata görə, Monteneqroya getmək istəyən Türkiyə vətəndaşları üçün viza verilməsi prosesi sürətləndiriləcək. Viza müraciətləri Ankaradakı Monteneqro səfirliyi və ya İstanbuldakı Baş Konsulluq vasitəsilə təqdim edilək.Publika.az






















