image-rt-reklam
image-1backend

Baş məşqçi, dünya çempionu Cavadzadə cərimələndi – Elektron siqaret gətirəndə saxlanılıb

image-728x90

Azərbaycan Kunq-Fu Federasiyasının baş məşqçisi, sabiq gömrük əməkdaşı Nəriman Cavadzadə cərimələnib.

Ulusal.az  xəbər verir ki, Nəriman Cavadzadə Dubaydan gələn zaman xeyli sayda siqaretlər və elektron siqaretlər gətirən zaman saxlanılıb.

İttihama görə, Cavadzadə aksiz markası ilə markalanmayan siqaretləri və elektron siqaretləri satış məqsədi ilə ölkəyə gətirib. Cavadzadə istintaqdakı ifadəsində elektron siqaret və siqaretləri satış məqsədi ilə gətirdiyini etiraf edib.

Məhkəmədəki ifadəsində isə özünü təqsirli bilməyərək ona qarşı qərəz olduğunu bildirib. Dubaya avtomobil almaq üçün getdiyini deyən Cavadzadə gətirilən siqaretlərlə bağlı məhkəmədə ətraflı danışamyıb. Lakin istintaq zamanı ifadə verən zaman satış üçün gətirdiyini etiraf edib.

Nəriman Cavadzadə 17 ilə qədər gömrük orqanlarında çalışıb. Son olaraq isə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin baş inspektoru vəzifəsini tutub. Gömrük orqanlarında çalışan zaman kunq-fu yarışlarında da iştirak edib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Cavadzadənin adı çəkilən idman sahəsindəki beynəlxalq uğurları ilə bağlı bir neçə dəfə məlumat da paylaşıb. Nəriman Cavadzadə dəfələrlə kunq-fu üzrə dünya çempionu olub.

Cavadzadə qeyd edilən cinayət əməlini törətməkdə günhkar bilinərək 2 min manat cərimələnib.Musavat.com

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90