image-rt-reklam
image-1backend

Banklar köhnə dollarları almır? – AÇIQLAMA

image-728x90

Azərbaycanda bəzi kommersiya bankları və valyutadəyişmə məntəqələri 2006-cı il və ya bundan əvvəl tədavülə buraxılmış ABŞ dollarını manata dəyişməkdən imtina etməsinə dair məlumatlar yayılıb.

Sosial şəbəkələrdə bəzi vətəndaşlar iddia ediblər ki, məsələ qanunaziddir.

Ulusal.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Xalid Kərimli Metbuat.az-a valyuta mübadiləsi bankların öz işi olduğunu deyib:

“Dollar Amerika Mərkəzi Bankının məsuliyyət dairəsidir. Azərbaycan Mərkəzi Bankının belə bir qanunvericilik öhdəliyi yoxdur ki, dollara cavab versin. Manatın sahibi Mərkəzi Bankdır. Banklar da bilirlər ki, zədələnmiş, cırılmış həmin əskinaslara cavabdeh Mərkəzi Bankdır.

Amma dollar Amerika Mərkəzi Bankının məsuliyyətidir. Ona görə də, vətəndaş heç bir bankdan bu məsələ ilə bağlı nəyisə tələb edə bilməz. Banklar istəməsə, həmin dolları götürməyə bilərlər”.

Qeyd edək ki, analoji məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından (AMB) verilən açıqlamada ABŞ dollarının emitenti olmadığı üçün onların qəbul edilməsi və ya dəyişdirilməsi ilə bağlı Mərkəzi Bank və kommersiya banklarının hər hansı öhdəliyinin olmadığı bildirilib.

“Kommersiya bankları bu əməliyyatların icrası üzrə qərar verməkdə sərbəstdirlər”- deyə sorğuda qeyd olunub.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90