image-rt-reklam
image-baliq_2backend

Balıq tutmaq, banan yemək buna səbəb olur

image-728x90

100 yaşını qeyd edən ABŞ sakini uzunömürlü olmasının sirrini açıb. O deyib ki, buna səbər onun balıqçı olmasıdır.

Ulusal.az xəbər verir ki, bu barədə “NBC 15″ məlumat yayıb.

100 yaşlı Şarlotta Loy 3 iyul 1923-cü ildə Viskonsin ştatında anadan olub. Onun ailəsində dörd uşaq olub. Orta məktəbdə qadın gələcək əri Morris Loy ilə tanış olub. Aşiqlər 31 dekabr 1941-ci ildə evlənirlər. Üç uşaq böyüdüblər: Nensi, Linda və Dennis.

Loyun indi dörd nəvəsi, səkkiz nəticəsi və bir kötücəsi var. Qadın Viskonsin ştatının Horb dağındakı Ingleside Communities qocalar evində yaşayır.

“Əlbəttə, bu qədər yaşamaq fikrində deyildim. Amma düşünürəm ki, planlarımızın gerçəkləşib-gerçəkləşməyəcəyinə biz qərar vermirik. Onunla başqası məşğul olur”, – o deyib.

Loy bananları uzun ömrün açarı adlandırıb. Qadın onları hər gün yeyir.

Yaxınları bildiriblər ki, Loyun çoxlu hobbiləri var. Məsələn, o, nəvələri ilə balıq tutmağı sevir. Bundan əlavə, qadın iynə işləri və xətt rəqsləri etməyi xoşlayır. Loy iddia edir ki, uzun ömür üçün sadəcə xoşbəxt insan olmaq lazımdır.

“Yaxşı bir həyatınız var idi… əgər xoşbəxt qalarsınızsa. Əgər gileylisənsə, bu yaxşı deyil”, – deyib.

Qeyd edək ki, Cənubi Afrikadan olan fermer 110 yaşını qeyd edərkən uzunömürlülüyün səbəbi kimi olduqca orijinal həyat sürməyi göstərib.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90