image-2000x150
image-1backend

Bakını hücumla hədələyən “KEYhan” – Əmr haradan verilib?

image-728x90

İran dini rəhbəri Əli Xameneinin ofisinin mətbu orqanı olduğu deyilən “Keyhan” qəzeti dərc etdiyi məqalədə Azərbaycan Respublikasına qarşı təhdid məzmunlu ifadələr işlədib. Məqalə “Əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” başlığı ilə dərc olunub. Qəzetin əməkdaşı və yazının müəllifi Məsud Əkbəri məqalənin bir neçə yerində İsrail-Azərbaycan münasibətlərinə toxunub, İsrailin enerji ehtiyacının yarıdan çoxunun Azərbaycan nefti hesabına təmin olunduğunu vurğulayıb.

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, “Keyhan” qəzeti İranda ultraradikallara yaxın mətbuat orqanıdır:

“Zaman-zaman Azərbaycan əleyhinə yazılar dərc olunur. Yəni “Keyhan” və ümumiyyətlə, qatı mühafizəkar qanadın Azərbaycana qarşı sərt mövqedə olduğu sirr deyil.

Hazırda Azərbaycan-İran münasibətilərində ciddi problem olmasa da, yaxınlaşma da yoxdur. İlin əvvəlində münasibətlərdə hərəkətlilik var idi, sonradan qəfil dayandı. İndi qeyri-müəyyən vəziyyət var: belə desək, “nə hərb, nə sülh” vəziyyəti hakimdir”.

Politoloq Azərbaycan-İsrail münasibətləri kontekstində İranın ölkəmizə mövqeyini də dəyərləndirib:

“İranda ilk dəfə deyil ki, Azərbaycanla İsrail münasibətləri qəzəblə qarşılanır. Rəsmi Tehranda daha əvvəl də bu barədə çıxış və çağırışlar olub. Xüsusilə də indiki Qəzza müharibəsinin davam etdiyi bir vaxtda İranda mühafizəkar qanadın Azərbaycan-İsrail münasibətlərini tənqid etməsi gözləniləndir. Amma “Keyhan” dini lider Ayətullah Seyyid Əli Xameneinin ofisinin qəzeti deyil. Rəsmi mətbuat hesab olunmur, sadəcə dediyim kimi, radikal qanadın mövqeyini ifadə edir”.

image-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-728x90