Bu gün Bakının erməni-bolşevik qoşunlarından azad edildiyi gündür. 1918-ci ilin iyun-sentyabr aylarında Azərbaycanı işğalçı erməni-bolşevik qoşunlarından təmizləyən və 15 sentyabr tarixində Bakını işğaldan qurtaran Qafqaz İslam Ordusunun tarixi xidmətlərini, Azərbaycan-Türkiyə qardaşlağının bu möhtəşəm nümunəsinin əziz xatirəsini layiqincə yaşatmaq hər birimizin borcudur.
Bununla bağlı fikirlərini öyrəndiyimiz politoloq Arzuman Muradlı hesab edir ki, Bakını işğaldan azad edən Qafqaz İslam Ordusuna və Azərbaycan oğullarına layiqli qiymət verilməyib.
“Məhz 15 sentyabrı rəsmi dövlət bayramı kimi qeyd etməliyik. Çünki 15 sentyabr qələbəsi olmasaydı bu günkü müstəqil Azərbaycan da olmazdı. Məhz 15 sentyabr günü bugünkü müstəqil vətənimizin azadlıq günüdür.Mənə elə gəlir ki, 15 sentyabr qəhrəmanlarının adına Bakıda bir abidə qoymaq olar. Həmçinin metrolardan birinə “15 Sentyabr” adı vermək olar. Çünki məhz Bakının azadlığı 15 sentyabrda gerçəkləşib.”- deyə Arzuman Muradlı bildirib.